Rusiyada İES-də yanğın zamanı bir nəfər ölüb, 13 nəfər xəsarət alıb

Rusiyada İES-də yanğın zamanı bir nəfər ölüb, 13 nəfər xəsarət alıb
# 11 iyul 2019 16:37 (UTC +04:00)

Rusiyanın Moskva vilayətinin Mıtişi rayonunda yerləşən “Severnaya” İstilik Elektrik Stansiyasında (İES) yanğın baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Həlak olan şəxsin İES-də gözətçi işləyən qadın olduğu bildirilir.

Yaralılar birinci və ikinci dərəcəli yanıq xəsarətləri alıblar.

Rusiya fövqəladə hallar nazirinin müavini İlya Denisov yanğının stansiyaya məxsus qaz borusundan sızma nəticəsində meydana gəldiyini bildirib.

Yanğın lokallaşdırılıb, ocaqların tam söndürülməsi üçün tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR