Netanyahu Soçidə Rusiya prezidenti ilə görüşəcək

Netanyahu Soçidə Rusiya prezidenti ilə görüşəcək
  • Clock-gray 05:28
  • calendar-gray 12 Sentyabr 2019

Rusiya prezidenti Vladimir Putin Soçidə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparacaq.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, liderlərin görüşündə ikitərəfli əməkdaşlığın gələcək inkişafının nəzərdən keçirilməsi, həmçinin Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Qeyd edək ki, Netanyahu bu il ərzində Rusiyaya üçüncü səfərini reallaşdırır. Bundan əvvəl o, fevral və aprel aylarında Moskvada olub. İsrail baş nazirinin özü daha əvvəl də Rusiya dövlət başçısı ilə “hərbi qüvvələr arasında koordinasiyanın davam etdirilməsini” müzakirə etmək istədiyini bildirmişdi.

Netanyahu dəftərxanasından müzakirə olunacaq mövzular arasında bölgədəki problemlərin və Suriyadakı vəziyyətin yer aldığı bildirilib. İsrailin Moskvadakı səfiri Harri Koren isə qeyd edib ki, Putin və Netanyahu Rusiya, ABŞ və İsrail arasında  Təhlükəsizlik Şurası xətti ilə üçtərəfli görüşün təşkilini müzakirə edə bilər.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date