Özbəkistan XİN başçısı: "Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən istifadə etməkdə maraqlıyıq"

Özbəkistan XİN başçısı: "Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən istifadə etməkdə maraqlıyıq"
  • Clock-gray 13:50
  • calendar-gray 12 Sentyabr 2019

“Özbəkistan dünya bazarlarına çıxmaq üçün Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə etməkdə maraqlıdır".

APA-nın yerli bürosu Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşdə Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov deyib.

"Özbəkistan dünya bazarlarına çıxmaq üçün nəqliyyat-rabitə və tranzit infrastrukturundan, Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən istifadə etməkdə, Gürcüstanla əməkdaşlıqda maraqlıdır. Poti, Batumi və  Anakliada liman infrastrukturu ilə də maraqlanırıq. Özbəkistanın dünya bazarlarına çıxmaq imkanları ilə maraqlanırıq və bu baxımdan coğrafiyanız unikaldır ",- deyə Özbəkistan XİN başçısı bildirib.

Qeyd edək ki, David Zalkaliani Gürcüstan və Özbəkistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar Özbəkistanda səfərdədir. D.Zalkalianinin Özbəkistana səfəri hər iki ölkənin müstəqillik qazanmasından sonra XİN başçısının ilk səfəridir.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date