Putin Ermənistana səfər edəcək

Putin Ermənistana səfər edəcək
  • Clock-gray 20:42
  • calendar-gray 23 Sentyabr 2019

Rusiya prezidenti Vladimir Putin oktyabrın 1-də İrəvanda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etməyi planlaşdırır.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Rusiya və Ermənistan çoxşaxəli ittifaqın möhkəmlənməsinə doğru inamla irəliləyirlər. Yüksək səviyyədə sıx siyasi dialoq aparılır. Bir həftə sonra, oktyabrın 1-də Rusiya prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün İrəvana gedəcək", - bu barədə Rudenko Ermənistanın Müstəqillik Günü münasibətilə qəbulda bildirib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date