Putin: "Moldovada hakimiyyət oliqarxlar tərəfindən qəsb olunub"

Putin: "Moldovada hakimiyyət oliqarxlar tərəfindən qəsb olunub"
# 13 iyun 2019 13:00 (UTC +04:00)

“Moldovada hakimiyyət oliqarx strukturlar tərəfindən qəsb olunub”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "MİR" telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib. Moldovada baş verən hadisələri şərh edən Rusiya dövlət başçısı bu ölkədə hazırki vəziyyətin unikal olmadığını, hakimiyyətin özünü dövlət strukturları kimi qələmə verən oliqarx strukturlar tərəfindən qəsb edildiyini söyləyib.

"Hesab edirəm ki, Moldovada da bütün hakimiyyət, hüquq-mühafizə orqanları, parlament Ukraynada olduğu kimi sözün əsl mənasında oliqarx strukturlar, oliqarxlar tərəfindən qəsb edilib",-deyə V. Putin bildirib.

Onun sözlərinə görə, Rusiya şübhəsiz ki, prezident İqor Dodonu və onun koalisiyadan olan tərəfdarlarını dəstəkləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR