Rusiya Oleq Smolenkovu İnterpol xətti ilə axtarışa verib

Rusiya Oleq Smolenkovu İnterpol xətti ilə axtarışa verib
  • Clock-gray 17:53
  • calendar-gray 12 Sentyabr 2019

Rusiya ABŞ casusu Oleq Smolenkovu İnterpol xətti ilə axtarışa verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya İnterpol qarşısında Oleq Smolenkovun ABŞ-da olub-olmaması ilə bağlı məsələ qaldırıb.

M. Zaxarova qeyd edib ki, bir neçə il bundan öncə Kreml administrasiyasının keçmiş əməkdaşı öz ailəsi ilə birlikdə xarici ölkənin ərazisində yoxa çıxıb: “Üzərindən iki il ötdükdən sonra ABŞ kütləvi informasiya vasitələri onun ABŞ-da olduğu barədə məlumat yayıb. Bu məlumatlar özü-özlüyündə müvafiq prosessual prosedur çərçivəsində yoxlama tələb edir. Bununla əlaqədar İnterpol qarşısında xarici vətəndaşın itkin düşməsi və onun yerinin ABŞ ərazisində olması faktı barədə məsələ qaldırılıb”.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date