Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb, 6 nəfər yaralanıb

Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb, 6 nəfər yaralanıb
# 14 avqust 2019 03:26 (UTC +04:00)

Rusiyanın Krasnodar diyarının Ust-Labinski rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, qəza Temryuk-Krasnodar-Kropotkin avtomobil yolunda qeydə alınıb.

Bölgənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 4 nəfər hadisə yerində ölüb.

Yaralılar arasında olan bir azyaşlı isə reanimasiyada dünyasını dəyişib.

Regional Səhiyyə Nazirliyinin məlumatında bildirilib ki, xəsarət alanlar Ust-Labinski Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onların müayinəsi davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR