Tankçılarımız V Beynəlxalq Ordu Oyunlarında 24 ölkə arasında 4-cü olub - FOTO

Tankçılarımız V Beynəlxalq Ordu Oyunlarında 24 ölkə arasında 4-cü olub - FOTO
  • Clock-gray 21:59
  • calendar-gray 17 Avqust 2019

Rusiyada V Beynəlxalq Ordu Oyunları başa çatıb.

Rusiya daxil olmaqla 10 ölkədə keçirilən oyunlara Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda baş tutan “Tank biatlonu” müsabiqəsi ilə yekun vurulub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, müsabiqənin finalında Azərbaycan , Rusiya, Belarus və Qazaxıstan komandaları mübarizə aparıblar. 
Müsabiqənin qalibi Rusiya komandası olub. Azərbaycan komandası isə “Tank biatlonu” müsabiqəsində 24 ölkə arasında 4-cü yeri tutub.

Müsabiqənin final mərhələsini Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov da izləyib.

Bundan öncə isə Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə bilrlikdə Alabino poliqonunda açılan Dostluq Evindəki Azərbaycan pavilyonu ilə tanış olublar.
Daha sonra V Beynəlxalq Ordu Oyunlarının bağlanış mərasimi keçirilib.
 

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date