Rusiyada yeniyetmə bir ailəni qətlə yetirib, özünü öldürüb

Rusiyada yeniyetmə bir ailəni qətlə yetirib, özünü öldürüb
  • Clock-gray 16:19
  • calendar-gray 18 Avqust 2019

Bu gün yerli vaxtla saat 11.00 radələrində Rusiyanın Ulyanovsk vilayətinin Patrikyeyevo kəndində şəxsi evdə üzərlərində zorakılıq əlamətləri olan 5 nəfərin -  66 yaşlı kişi, 69 yaşlı və 42 yaşlı qadınlar, o cümlədən 4 yaşlı iki uşağın meyitləri aşkarlanıb.  

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, az sonra kənddə mobil rabitə qülləsinin yaxınlığında öldürülən şəxslərin qohumu olan 16 yaşlı yeniyetmənin meyiti tapılıb.

Rusiya İstintaq Komitəsi iki və daha artıq şəxsin qətlə yetirilməsi, o cümlədən maddi ziyan vurulması maddələri ilə cinayət işi açıb. İstintaq Komitəsinin versiyasına əsasən, yeniyetmə öncə həmin ailə üzvlərini qətlə yetirib, daha sonra özünü öldürüb.

Həmin yeniyetmə çoxuşaqlı ailədə böyük uşaq olub, bu il 10-cu sinfi bitirib. Oxuduğu məktəbdə onu müsbət xarakterizə ediblər.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date