Tbilisidə Azərbaycan vətəndaşına qarşı soyğunçuluq edən şəxslər həbs edilib

Tbilisidə Azərbaycan vətəndaşına qarşı soyğunçuluq edən şəxslər həbs edilib
  • Clock-gray 14:58
  • calendar-gray 19 Avqust 2019

Tbilisidə Azərbaycan vətəndaşına qarşı soyğunçuluq törədən iki Gürcüstan vətəndaşı D.K və R.C həbs edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğundan məlumat verilib. Bildirilib ki, avqustun 4-də axşam saatlarında  sözügedən şəxslər Tbilisi Dəmir yolu stansiyası yaxınlığında Azərbaycan vətəndaşı D.J-ya bıçaqla xəsarət yetirib və ondan 875 lari dəyərində şəxsi əşyalarını qarət edərək hadisə yerindən uzaqlaşıblar. 

“Hüquq mühafizəçiləri D.K. və yetkinlik yaşına çatmayan R.C.-nin  7 avqust 2018-ci ildə Tiflisdə həbs edib. Onlara Gürcüstan Cinayət Məcəlləsinin 179 (2) (b) və (3) (a) maddələri ilə (soyğunçuluq, həyati təhlükəsi olan zorakılıq tətbiq etməklə hədələmək, dəfələrlə) ittiham verilib. DK nəzarətə alındı, yetkinlik yaşına çatmayan DK isə valideyn himayəsinə verilib", - deyə prokurorluğun məlumatında bildirilib. 

Tbilisi Şəhər Məhkəməsində  D.K.-yə ona qarşı ttiham aktında təqsirli bilinib və  8 il müddətinə azadlıqdan məhrum edilib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date