“Oş-Türk dünyasının mədəniyyət paytaxtı-2019” ilinin bağlanış mərasimi keçirilib

“Oş-Türk dünyasının mədəniyyət paytaxtı-2019” ilinin bağlanış mərasimi keçirilib
  • Clock-gray 10:34
  • calendar-gray 02 Dekabr 2019

Qırğızıstanın Oş şəhərindəki S.İbrahimov adına Milli Dram Teatrında “Oş-Türk dünyasının mədəniyyət paytaxtı-2019” ilinin təntənəli bağlanış mərasimi keçirilib.

APA-nın məlumatına görə, iclasda Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Oş şəhərinin meri Taalaybek Sarıbaşev, təşkilata üzv olan dövlətlərin mədəniyyət nazirləri və ya müavinləri, digər qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Azərbaycan Mədəniyyət nazirinin müavini Rafiq Bayramov da tədbirə qatılıb.

Nazir Azamat Jamankulov deyib ki, qədim Oş şəhəri il ərzində bütün Türk dünyasının və Türk xalqlarının mədəniyyət paytaxtı olub və bu qürurverici haldır.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov “Oş-Türk dünyasının mədəniyyət paytaxtı-2019” ili çərçivəsində keçirilən tədbirlərdən danışıb. Bildirib ki, bu mühüm tədbirlərdən sonra Oş şəhəri bütün dünyada daha çox populyarlıq qazanıb və daha çox tanınıb.

Mərasimdə Oş şəhərinin meri Taalaybek Sarıbaşev estafeti Özbəkistanın Xivə şəhərinin meri Sabir Jumaniyazova verib.

Tədbirə Qırğızıstanın və digər Türk dövlətləri musiqi kollektivlərinin konsert proqramı ilə yekun vurulub.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date