“Yeni Dalğa” Prodüser Mərkəzinin istehsal etdiyi filmlər İsveçrədə keçiriləcək beynəlxalq festivalda nümayiş olunacaq

“Yeni Dalğa” Prodüser Mərkəzinin istehsal etdiyi filmlər İsveçrədə keçiriləcək beynəlxalq festivalda nümayiş olunacaq
# 24 iyun 2008 10:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Yeni Dalğa” Prodüser Mərkəzinin istehsal etdiyi iki film İsveçrədə keçiriləcək “Ventetura” Beynəlxalq Film Festivalında nümayiş olunacaq. Bu barədə APA-ya “Yeni Dalğa” Prodüser Mərkəzinin direktoru Rasim Həsənov məlumat verib. O bidlirib ki, festivalda rejissor Vaqif Azəryarın “Bəbirin izi ilə” və rejissor Həsən Sədinin “Axır çərşənbə” filmləri təmsil olunacaq. Bu filmlərin ilin sonuna kimi daha bir neçə beynəlxalq festivallara dəvət olunduğunu deyən mərkəz rəhbəri hazırda onlar arasında seçim aparıldığını söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR