Mədəniyyət və Turizm Nazirliyi “Qızıl Kəlmə” ədəbi mükafatı təsis edib

Mədəniyyət və Turizm Nazirliyi “Qızıl Kəlmə” ədəbi mükafatı təsis edib
# 25 iyun 2008 10:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin daha səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Qızıl Kəlmə” ədəbi mükafatı təsis edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, “Qızıl Kəlmə” ədəbi mükafatı müasir dövrdə yaradılan ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək məqsədi ilə novator yaradıcılıq uğurlarına görə istedadlı şəxslərə veriləcək. Mükafata bədii nəsr (roman, povest, hekayə və hekayələr silsiləsi), poeziya əsərləri (poema, şeirlər və mahnı mətnləri), tənqid, ədəbiyyatşünaslıq və publisistika əsərləri , orijinaldan bədii tərcümə əsərləri təqdim edilə bilər. Məlumatda bildirilib ki, mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Mükafat iki ildən bir ədəbi yaradıcılıq sahəsində hər biri 5000 (beş min) manat olmaqla bədii nəsr üzrə yazıçılara, poeziya üzrə şairlərə, ədəbi tənqid və publisistika üzrə publisistlərə və orijinaldan bədii tərcümə üzrə mütərcimlərə hər il mayın 10-da veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR