Berlin və Drezden etnoqrafiya muzeylərində Azərbaycanın maddi-mədəniyyət nümunələrindən ibarət sərgi təşkil olunacaq

Berlin və Drezden etnoqrafiya muzeylərində Azərbaycanın maddi-mədəniyyət nümunələrindən ibarət sərgi təşkil olunacaq
# 27 iyun 2008 10:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Almaniyada keçirilən “Azərbaycan ili” çərçivəsində avqust ayından noyabr ayınadək Berlin Etnoqrafiya Muzeyində və 2008-ci ilin noyabr ayından 2009-cu ilin martınadək Drezden Etnoqrafiya Muzeyində Azərbaycanın maddi-mədəniyyət nümunələrindən ibarət sərgi təşkil olunacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. O bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət İncəsənət Muzeyinin məsul işçiləri sərginin təşkili ilə əlaqədar Almaniyaya ezam olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR