Azərbaycan və Suriya arasında mədəniyyət sahəsində əməkdaşlığa dair razılıq əldə olunub

Azərbaycan və Suriya arasında mədəniyyət sahəsində əməkdaşlığa dair razılıq əldə olunub
# 08 iyul 2008 12:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Suriya ilə mədəniyyət sahəsində əməkdaşlıq edəcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, əməkdaşlıq haqqında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Suriyaya səfəri çərçivəsində razılıq əldə olunub. Səfər zamanı Ə. Qarayevlə Suriyanın mədəniyyət naziri Riyad Lasan Ağa ilə görüşdə Azərbaycan və Suriya əlaqələrinin müasir dövrdə bərpa edilməsi, mədəniyyət günlərinin keçirilməsi, iki ölkənin kitabxanaları, muzeyləri və teatrları arasında əlaqələrin qurulması, sərgilərin keçirilməsi, musiqi və rəqs kollektivlərinin qarşılıqlı səfərləri və digər məsələlər müzakirə edilib. Nazir hər bir azərbaycanlı üçün əziz olan İmadəddin Nəsiminin dəfn edildiyi məqbərənin və onun ətrafının abadlaşdırılması, onun xatirəsi ilə bağlı müştətək tədbirlərin keçirilməsi üçün Azərbaycan tərəfinin Suriyanın müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Riyad Lasan Ağa Suriyanın Azərbaycanla mədəni əlaqələrin inkişafında maraqlı olduğunu, mədəni əməkdaşlıq və İmadəddin Nəsiminin məqbərəsi ilə bağlı təkliflərin diqqətlə öyrəniləcəyini və qısa müddət ərzində müvafiq məlumatların Azərbaycan tərəfinə göndəriləcəyini qeyd edib. Eyni zamanda 2009-cu ildə Bakı şəhərinin İslam dünyasının paytaxtı élan olunması ilə əlaqədar il ərzində keçiriləcək tədbirlərdə Suriya tərəfinin iştirakı barədə razılıq əldə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR