Pirşağının “Qum hamamı”nda bərpa işləri aparılır

Pirşağının “Qum hamamı”nda bərpa işləri aparılır
# 09 iyul 2008 13:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Sabunçu rayonunun Pirşağı kəndində yerləşən Qum hamamında bərpa işləri aparılır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, yerli əhəmiyyətli memarlıq abidəsi olan hamamın konservasiyasına cari ilin aprelindən başlanılıb. Hamam yerli əhali arasında “Qum hamamı” kimi tanınır. Hamamın binası Pirşağı kəndinin sakini Hacı Şahverdi tərəfindən XIX əsrdə inşa edilib. Memarlıq abidəsinin mühafizə edilməsi məqsədilə divarların konservasiyası və hörgünün inyeksiya ilə gücləndirilməsi, dam örtüyünün hidroizoləediciliyini nəzərə almaqla bərpası, günbəzlərin bərpası, abidənin ərazisinin hasarlanması və abadlaşdırılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR