İsgəndəriyyə kitabxanasının direktoru Bakıya səfər edəcək

İsgəndəriyyə kitabxanasının direktoru Bakıya səfər edəcək
# 09 iyul 2008 15:34 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Sentyabrın 22-də Misir prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri, İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Siracəddin Bakıya səfər edəcək. Bu barədə APA-ya Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Cavid Ələkbərov məlumat verib. Onun sözlərinə görə, səfər işçi xarakteri daşıyır. Səfər çərçivəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair konkret layihələr müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR