Azərbaycan 38-ci Kiyev Beynəlxalq Gənclər Film Festivalı çərçivəsində keçiriləcək film müsabiqəsində iştirak edəcək

Azərbaycan 38-ci Kiyev Beynəlxalq Gənclər Film Festivalı çərçivəsində keçiriləcək film müsabiqəsində iştirak edəcək
# 12 iyul 2008 08:58 (UTC +04:00)
APA-nın məlumatına görə, müsabiqədə gənc kinometoqrafçılar öz film layihələrini avropalı prodüserlər və kino istehsalını maliyyələşdirən fondlarının nəzərinə çatdırmaq imkanı əldə edəcəklər. Beynəlxalq birgə-istehsal əhəmiyyətli layihələrə tam və qısametrajlı filmlər, animasiya, sənədli və telefilmlər daxildir. Müsabiqədə artıq prodüseri və orijinal ideyası olan, regionun xüsusiyyətləri və ssenarisi hazır olan, ən azı 30% yerli maliyyəsi olan, festivalın qalibləri və iştirakçıları tərəfindən təqdim edilən layihələrə üstünlük veriləcək.
Əsas mükafat isə həmin layihənin reallaşması olacaq, həmçinin seçim komitəsi tərəfindən qalib layihəyə 5 min ABŞ dolları məbləğində pul mükafatı veriləcək.
İlk dəfə 1970-ci ildə təşkil edilən Kiyev Beynəlxalq Gənclər Film Festivalı həmin ildən hər il keçirilir. 38-ci Kiyev Beynəlxalq Gənclər Film Festivalı bu ilin oktyabr ayının 18-26-da baş tutacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR