Azərbaycanın təmsilçisi “Slavyan bazarı”ndan yarımçıq qayıdıb

Bakı. Ülkər Qasımova - APA. Ötən həftənin sonunda Belarusun Vitebsk şəhərində başlayan XVII “Slavyan bazarı” musiqi festivalında Azərbaycan təmsil olunmur. Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsindən APA-ya bildirilib ki, nazirlik tərəfindən festivalda Azərbaycanı təmsil etmək üçün göndərilmiş “Yeni ulduz - 6” müsabiqəsinin iştirakçısı Ələkbər Şahmuradov finala vəsiqə qazana bilməyib. Festivala qatılmaq üçün Mədəniyyət və Turizm Nazirliyinə özü müraciət edən Ə. Şahmuradov səhhətindəki problemlə əlaqədar finala yüksələ bilməyib. Festivalın 21 iştirakçısından 12-si finala vəsiqə qazanıb.
Qeyd edək ki, “Slavyan bazar”ı festivalı çərçivəsində keçirilən konsertlərdə Elnur Hüseynov və Samir Cavadzadə də çıxış edirlər.
Qeyd edək ki, “Slavyan bazar”ı festivalı çərçivəsində keçirilən konsertlərdə Elnur Hüseynov və Samir Cavadzadə də çıxış edirlər.
Mədəniyyət siyasəti

III Sevil Beynəlxalq Film Festivalının mətbuat konfransı keçirilib - FOTO

Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin edilib

Dövlət Xidməti Qarabəy Karvansarayı ilə bağlı məsələyə aydınlıq gətirib
