Azərbaycan filmləri Avstraliyada keçiriləcək festivalda iştirak edəcək

Azərbaycan filmləri Avstraliyada keçiriləcək festivalda iştirak edəcək
# 14 iyul 2008 12:20 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Assosiasiyası və Beynəlxalq Kinoprodüserlər Assosiasiyaları Federasiyası Avstraliyada keçiriləcək Asiya-Sakit okean filmləri festivalına təqdim edilmək üçün Azərbaycan filmlərinin qəbulunu elan edib. Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Assosiasiyasının Azərbaycandakı daimi nümayəndəliyi - “Nərimanfilm” şirkətindən APA-ya verilən məlumata görə, festivalda dünyanın 70-dən çox ölkəsi təmsil olunacaq. Festival bədii, tammetrajlı cizgi, tammetrajlı sənədli və tammetrajlı uşaq filmləri kateqoriyaları üzrə keçiriləcək. Bu il avqustun 15-də film qəbulu başa çatacaq və noyabrın 11-də mükafatlandırma mərasimi keçiriləcək.
Qeyd edək ki, ən yaxşı filmlərlə yanaşı, ən yaxşı rejissor işi, ən yaxşı ssenari, ən yaxşı qadın rolu, ən yaxşı kişi rolu nominasiyaları üzrə qaliblər də mükafatlandırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR