“Ağa Məhəmməd şah Qacar” adlı çoxseriyalı televiziya filmi çəkiləcək

“Ağa Məhəmməd şah Qacar” adlı çoxseriyalı televiziya filmi çəkiləcək
# 19 iyul 2008 10:08 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı APA. “Ağa Məhəmməd şah Qacar” adlı çoxseriyalı televiziya filmi çəkiləcək.
Bu barədə APA-ya filmin quruluşçu rejissoru Əbdül Mahmudbəyov məlumat verib. O bildirib ki, tamaşaçılara ilk dəfə Qacarlar sülaləsi və islam tarixi ilə bağlı yeni məlumatlar təqdim olunacaq: “Əvvəl bədii film çəkməyə hazırlaşsaq da, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aparılan təmir işləri ilə əlaqədar ssenarini yenidən işlədik. Biz əlimizdə olan zəngin materialları tamaşaçılara çoxseriyalı televiziya filmində təqdim etməyə qərar verdik”. Hələlik Oruc Qurbanovun ssenarisi əsasında 4 seriyalı filmin çəkilməsi nəzərdə tutulub. Rejissorun sözlərinə görə, seriyaların sayı artırıla bilər: “Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr etdiyimiz filmin İctimai Televiziyada yayımlanması nəzərdə tutulur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR