Kalininqrad vilayətinin Elmi Kitabxanasında “Azərbaycan guşəsi” yaradılıb

Kalininqrad vilayətinin Elmi Kitabxanasında “Azərbaycan guşəsi” yaradılıb
# 23 iyul 2008 10:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Rusiyanın Kalininqrad vilayətinin Universal Elmi Kitabxanasında “Azərbaycan guşəsi” yaradılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, kitabxanaya Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanın tarixi, qədim dövlətçiliyi, iqtisadiyyatı, neft siyasəti, mədəniyyəti, incəsənəti, adət-ənənələri, Dağlıq Qarabağ problemi haqqında kitab və elektron nəşrlər, lüğət və ensiklopediyalar, Azərbaycan dilini öyrənənlər üçün vəsaitlər göndərilib. Hazırda həmin kitabların sərgisi keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR