Azərbaycan-İran mədəniyyət komissiyası yaradılacaq

Azərbaycan-İran mədəniyyət komissiyası yaradılacaq
# 24 iyul 2008 08:45 (UTC +04:00)
Bakı. Turan Hüseynova - APA. Azərbaycanla İran arasında birgə mədəniyyət komissiyası yaradılacaq.
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə İranın İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının rəhbəri Mehdi Mustafavinin görüşündə razılıq əldə olunub. Görüşdə həmçinin qarşılıqlı kitab mübadiləsinin həyata keçirilməsi, mədəniyyət həftələrinin və seminarların təşkil olunmasının zəruriliyi vurğulanıb.
Qeyd edək ki, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iyulun 21-dən İranda səfərdədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR