İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək

İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək
# 28 iyul 2008 15:41 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 21-27-də İranda səfərdə olub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, səfər çərçivəsində İran prezidentinin müşaviri, Mədəniyyət və İslam əlaqələri Təşkilatının sədri Mehdi Mustəfəvi, Xarici İşlər Nazirinin I müavini Əlirza Şeyx Əttar, İranın mədəniyyət nazirinin müavini digər şəxslərlə görüşlər keçirilib. Görüşlərdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 2009-cu ilin aprelində İranda Azərbaycan mədəniyyət həftəsinin və həmin ilin iyul ayında Azərbaycanda İran mədəniyyət həftəsinin keçirilməsi, İranda və Azərbaycanda iki hissəli muğam gecələrinin təşkili, Xəzəryanı dövlətlərin mədəniyyət nazirlərinin görüşünün keçirilməsi barədə razılıq əldə edilib. İki ölkənin mədəniyyət sahəsində qarşılıqlı maraq doğuran məsələlərini müzakirə etmək məqsədilə Müştərək Mədəniyyət Komitəsinin yaradılmasının vacibliyi vurğulanıb. Bununla yanaşı, Xəzəryanı dövlətlərinin birgə teatr, kino həftələrinin keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan və İran şəhərlərinin qardaşlaşması, Xudafərin körpüsünün Dünya irs siyahısına daxil edilməsi istiqamətində birgə işin aparılmasına dair fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR