Fəxri adlarla təltif edilən bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olunub

Fəxri adlarla təltif edilən bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olunub
# 29 iyul 2008 14:36 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan prezidentinin sərəncamı ilə müxtəlif fəxri adlarla təltif edilən bir qrup mədəniyyət xadiminə bu gün Mədəniyyət və Turizm Nazirliyində mükafatlar təqdim olunub. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yazıçı Əli İldırımoğluna “Şöhrət” ordenini, violençel ifaçısı Eldar İsgəndərova “Azərbaycanın xalq artisti”, kinoaktrisa Zemfira Sadıxova və “Ritm” qrupunun rəhbəri Natiq Şirinova isə “Azərbaycanın əməkdar artisti” fəxri adlarının diplomunu təqdim edib. Təltif olunanların Azərbaycan mədəniyyətindəki xidmətlərini yüksək qiymətləndirən nazir onlara yeni yaradıcılıq nailiyyətləri arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR