Macarıstanın Xarici Ədəbiyyat Milli Kitabxanasına Azərbaycan haqqında nəşrlər və filmlər göndərilib

Macarıstanın Xarici Ədəbiyyat Milli Kitabxanasına Azərbaycan haqqında nəşrlər və filmlər göndərilib
# 01 avqust 2008 11:56 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin Macarıstandakı səfirliyi vasitəsi ilə bu ölkənin Xarici Ədəbiyyat Milli Kitabxanasına yeni kitab və elektron nəşrləri göndərib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kolleksiyada Heydər Əliyev, Azərbaycan prezidenti İlham Əliyev, UNECKO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, habelə Azərbaycanın tarixi, qədim dövlətçiliyi, mədəniyyəti, incəsənəti, musiqisi, adət-ənənələri, Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan, rus, ingilis, fransız, alman dillərində materiallar yer alıb. “Arşın mal alan”, “Nəsimi” və digər Azərbaycan filmləri də kolleksiyaya daxil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR