“Yaddan çıxmaz Qarabağ” adlı mədəni aksiya keçiriləcək

“Yaddan çıxmaz Qarabağ” adlı mədəni aksiya keçiriləcək
# 06 avqust 2008 10:27 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda “Yaddan çıxmaz Qarabağ” mədəni aksiyası keçiriləcək. Nazirliyin teatr sektorundan APA-ya verilən məlumata görə, aksiyaya oktyabrın ilk həftəsində cəbhə bölgəsində start veriləcək. Aksiya çərçivəsində ölkədə fəaliyyət göstərən teatrlarda milli-vətənpərvərlik mövzusunda tamaşalar oynanılacaq, Qarabağ mövzusunda bədii, sənədli, qısametrajlı filmlər nümayiş etdiriləcək, uşaqların asfalt üzərində rəsm işləri, müharibə həyatını əks etdirən fotostend və sərgilər təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR