Azərbaycan Rusiyada keçiriləcək II Ümumdünya Delfi Oyunlarında təmsil olunacaq

Bakı. Ülkər Qasımova - APA. Sentyabrın 19-25-də Rusiyanın Saratov şəhərində II Ümumdünya Delfi Oyunları keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, sözügedən oyunlarda dünyanın altı kontinenti təmsil olunacaq və bu oyunlarda üç mindən artıq gəncin iştirakı gözlənilir. Ümumdünya Delfi Oyunlarında Azərbaycan ilk dəfə olaraq təmsil olunacaq. Azərbaycanı təmsil edəcək 15 nəfərdən ibarət nümayəndə heyəti yaradıcı məharətini xalq ifası, xalq rəqsi, skripka, fortepiano, kulinariya və rəsm nominasiyalar üzrə nümayiş etdirəcək.
Delfi Oyunlarının əsas ideyası – mədəniyyətin təbliği və gənc istedadlarının qabiliyyətinin nümayişi üçün beynəlxalq platformaların yaradılmasıdır.
Delfi Oyunlarının əsas ideyası – mədəniyyətin təbliği və gənc istedadlarının qabiliyyətinin nümayişi üçün beynəlxalq platformaların yaradılmasıdır.
Mədəniyyət siyasəti

III Sevil Beynəlxalq Film Festivalının mətbuat konfransı keçirilib - FOTO

Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin edilib

Dövlət Xidməti Qarabəy Karvansarayı ilə bağlı məsələyə aydınlıq gətirib
