Polad Bülbüloğlu “5 ulduz – İntervision” beynəlxalq mahnı müsabiqəsinin münsiflər heyətində təmsil olunur

Polad Bülbüloğlu “5 ulduz – İntervision” beynəlxalq mahnı müsabiqəsinin münsiflər heyətində təmsil olunur
# 22 avqust 2008 10:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Avqustun 28-dən 31-dək Soçidə “5 ulduz – İntervision” beynəlxalq mahnı müsabiqəsi keçiriləcək. APA-nın məlumatına görə, İosif Kobzonun rəhbərlik etdiyi müsabiqənin münsiflər heyətində Azərbaycanın xalq artisti Polad Bülbüloğlu da təmsil olunur. Artıq dördüncü dəfədir ki, keçirilən müsabiqədə bu il 12 ölkədən musiqiçilər iştirak edəcək. “5 ulduz – İntervision” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan da təmsil olunacaq. Müsabiqənin ilk günü “Hər zamanın hiti”, ikinci günü “Orjinal nəğmələr”, üçüncü günü isə “Retro nəğmələr” devizi altında keçiriləcək. Müsabiqədə Rusiyanın tanınmış etsrada ulduzları Larisa Dolina, Flipp Kirkorov, Layma Vakuli, Valerii Miladze, Leonid Aqutin, Anjelika Varum, Kristina Orbakayte və “Via Qra” qrupu qonaq qismində iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR