Novruz bayramının Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi məqsədi ilə sənədlər UNESCO-ya təqdim ediləcək

Novruz bayramının Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi məqsədi ilə sənədlər UNESCO-ya təqdim ediləcək
# 22 avqust 2008 12:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 25-28 avqust tarixlərində Tehran şəhərində Novruz bayramını qeyd edən ölkələrin ikinci əlaqələndirici iclası keçiriləcək. İclasın keçirilməsində məqsəd Novruz bayramının Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ilə əlaqədar müvafiq sənədlərin hazırlanması və UNESCO-ya təqdim edilməsidir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya deyib ki, iclasda Azərbaycan və İran nümayəndələri ilə yanaşı Əfqanıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan təmsilçiləri də iştirak edəcəklər. İclasda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev və Nizami adına Azərbaycan Milli Ədəbiyyat muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ş. Əlibəyli təmsil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR