Azərbaycanın gənc kinematoqrafçıları Kiyevdə keçiriləcək kinofestivalda iştirak edəcəklər

Azərbaycanın gənc kinematoqrafçıları Kiyevdə keçiriləcək kinofestivalda iştirak edəcəklər
# 06 oktyabr 2008 09:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın gənc kinematoqrafçıları Kiyevdə keçiriləcək beynəlxalq “Molodost” Kinofestivalında iştirak edəcəklər. APA-nın məlumatına görə, oktyabrın 18-26-da keçiriləcək kinofestivalın müsabiqə proqramı 3 kateqoriyadan ibarətdir: tələbə filmləri, ilk professional qısametrajlı filmlər və ilk tammetrajlı filmlər. İlk dəfə olaraq bu kinofestival çərçivəsində “Molodist FilmBoat Meeting” layihəsi həyata keçiriləcək. Bu layihə gənc kinematoqrafçıların sponsor tapmasına yardımçı olacaq. Layihədə Ukrayna kinematoqrafçıları ilə yanaşı, Türkiyə, Azərbaycan, Gürcüstan, Macarıstan, Rusiya və Ermənistan kinematoqrafçıları da iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR