Dövlət Rəssamlıq Akademiyasında təhsil alan xarici tələbələrin sayı artıb

Dövlət Rəssamlıq Akademiyasında təhsil alan xarici tələbələrin sayı artıb
# 06 oktyabr 2008 11:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dövlət Rəssamlıq Akademiyasında təhsil alan xarici tələbələrin sayı artıb. Bunu APA-ya açıqlamasında Azərbaycan Rəssamlar İttifaqının katibi, Dövlət Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov deyib. Onun sözlərinə görə, ötən illərə nisbətən Dövlət Rəssamlıq Akademiyasında təhsil almaq istəyən xarici tələbələrin sayı 100-ə yaxındır. Əsasən rusiyalı, türkiyəli və iranlı tələbələrin akademiyada dərs almaq üçün müraciət etdiklərini deyən prorektor bu əməkdaşlığın yaxın vaxtlarda daha da genişlənəcəyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR