“Azərbaycan doğma diyar” devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı keçiriləcək

“Azərbaycan doğma diyar” devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı keçiriləcək
# 06 oktyabr 2008 12:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 8-9-da “Azərbaycan doğma diyar” devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazilriyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, festivalın keçirilməsi Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədi daşıyır. Bu münasibətlə respublikanın müxtəlif bölgələrindən - Lənkəran, Astara, Masallı, Balakən, Zaqatala, Qax, Şəki, Quba, Qusar, Saatlı, İsmayıllı və Dəvəçidən azsaylı xalqların bədii kollektivləri Bakıya ezam olunacaqlar. Festival çərçivəsində Muzey Mərkəzində “Milli azlıqların mədəni irsinin qorunması” mövzusunda dəyirmi masa keçiriləcək. Həmin gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii kollektivlərin çıxışlarına baxış keçiriləcək. Oktyabrın 9-da “Azərbaycan doğma diyar” II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı yekun konserti ilə başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR