Almaniyanın muzey mütəxəssisi Bakıda təlim keçib

Almaniyanın muzey mütəxəssisi Bakıda təlim keçib
# 08 oktyabr 2008 09:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Almaniyanın muzey üzrə mütəxəssisi Karmen Bekenbahı Bakıya gəlib. APA-nın məlumatına görə, almaniyalı mütəxəssis bu gün Dövlət Xalça Muzeyində Azərbaycanın muzey işçiləri üçün “Muzeylər və Qabaqcıl Media Texnologiyaları” mövzusunda təlim seminarı keçirib. Müasir muzey işi haqqında geniş məlumatlar verən K. Bekenbahı, Azərbaycanda son dövlər muzey işində bir sıra irəliləyişlərin olduğunu da qeyd edib. Oktyabrın 10-na kimi davam edəcək seminar Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutunun Azərbaycandakı nümayəndələyinin maliyyə və texniki dəstəyi ilə keçirilir. Seminar Beynəlxalq Muzeylər Şurasının İCOM Azərbaycan Milli Komitəsinin üzvü olan muzeylərin rəhbərləri və müvafiq mütəxəssisləri üçün təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR