Həvəskar rəssamların və tətbiqi sənət ustalarının işlərindən ibarət respublika baxış-müsabiqəsinin yekun tədbiri keçiriləcək

Həvəskar rəssamların və tətbiqi sənət ustalarının işlərindən ibarət respublika baxış-müsabiqəsinin yekun tədbiri keçiriləcək
# 09 oktyabr 2008 11:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakıda həvəskar rəssamların və tətbiqi sənət ustalarının işlərindən ibarət respublika baxış-müsabiqəsinin yekun tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, müsabiqənin ilkin mərhələsi cari ilin iyul-avqust aylarında ölkənin 6 zonasında keçirilib və üç gün davam edib. Müsabiqəyə yaşından asılı olmayaraq rəngkarlıq, heykəltəraşlıq, xalçaçılıq, musiqi alətləri və zərgərlik janrlarında çalışan sənətkarlar qatılıb. Həmin mərhələnin qalibləri baxış-müsabiqənin yekun tədbirində iştirak etmək hüququ qazanıblar. Müsabiqənin yekun tədbiri oktyabrın 10-da Muzey Mərkəzində keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR