Bakıda Avropa ölkələri müəlliflərinin illik konfransı keçiriləcək

Bakıda Avropa ölkələri müəlliflərinin illik konfransı keçiriləcək
# 13 oktyabr 2008 09:24 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Dekabrın 4-5-də Bakıda Avropa Şurasının “Avropada mədəniyyət siyasəti və təmayülləri kompendiumu” layihəsinin 10 illik yubileyinə həsr edilmiş Avropa ölkələri müəlliflərinin illik konfransı keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Yaşar Hüseynli Avropa Şurasının qərargahında milli koordinatorların “Fandreizinq strategiyası və onun tətbiq edilməsi” mövzusunda məşvərət toplantısında iştirak edib. Koordinatorların Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii irs üzrə Direktoru Robert Palmerlə və Mədəniyyət siyasəti üzrə Katrin Merkle ilə görüşündə Bakı konfransı, o cümlədən “Kompendium və mədəniyyət siyasəti üzrə Toplu”nun nəşri ilə bağlı məsələlər müzakirə edilib. R. Palmer Milli Müəlliflərin Bakı Konfransında iştirak etmək məqsədilə İSESKO-nun bir neçə aparıcı üzv-dövlətlərinin ekspertlərinin Azərbaycana ezam edilməsinin nəzərdə tutulduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR