Dövlət Yuğ Teatrının direktoru İsveçrədə keçiriləcək mədəniyyət və incəsənət plenumunda iştirak edəcək

Dövlət Yuğ Teatrının direktoru İsveçrədə keçiriləcək mədəniyyət və incəsənət plenumunda iştirak edəcək
# 13 oktyabr 2008 10:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dövlət Yuğ Teatrının direktoru Tərlan Rəsulov İsveçrənin Sürih şəhərində keçiriləcək Avropa qeyri-formal mədəniyyət və incəsənət plenumunda iştirak edəcək. Bu barədə APA-ya məlumat verən teatr rəhbəri səfərinin noyabrın 6-dan 10-na qədər davam edəcəyini deyib. T. Rəsulov plenum çərçivəsində keçiriləcək iki sessiyada məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, ildə iki dəfə keçirilən plenuma dünyanın bir çox ölkələrindən teatr, rəqs və balet üzrə mütəxəssislər qatılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR