Oktyabrın 22-23-də Azərbaycanda Belarus Mədəniyyət Günləri keçiriləcək

Oktyabrın 22-23-də Azərbaycanda Belarus Mədəniyyət Günləri keçiriləcək
# 13 oktyabr 2008 13:52 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Oktyabrın 22-23-də Azərbaycanda Belarus Mədəniyyət Günləri keçiriləcək. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, mədəniyyət günləri çərçivəsində Belarus incəsənət xadimləri Bakı və Sumqayıtda konsert proqramı ilə çıxış edəcəklər. Konsert proqramlarında «Syabrı» rəqs ansamblının, İrina Dorofeevanın mahnı teatrının, “Eurovision-2005» uşaq müsabiqəsinin qalibi Kseniya Sitnikin və s. çıxışları gözlənilir. Mədəniyyət günlərinin proqramına filmlərin nümayişi, Belarusun xalq rəssamı Qavriil Vaşşenkonun sərgisi də daxildir.
Mədəniyyət günlərinin iştirakçıları Mədəniyyət və Turizm Nazirliyində, ziyalılarla, belarus diasporasının nümayəndələri ilə görüşlər keçirəcək. Xatırladaq ki, 2007-ci ilin mayında Belarusda Azərbaycan Mədəniyyət Günləri keçirilmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR