Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnələşdirdiyi “Məsuliyyət dərsi” komediyasına ictimai baxış keçirilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnələşdirdiyi “Məsuliyyət dərsi” komediyasına ictimai baxış keçirilib
# 18 oktyabr 2008 08:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Azərsun Holding”lə birgə layihəsi olan Bəhri Aydının “Məsuliyyət dərsi” satirik komediyasına ictimai baxış keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, oktyabrın üçüncü ongünlüyündə tamaşaçıların ixtiyarına veriləcək tamaşanın bədii rəhbəri əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, tərtibatçı rəssamı Faiq Osmanov, musiqi tərtibatçıları İnşallah Hüseynov, İradə Muradova, rejissor assistenti İlhamə Əhmədovadır. Rolları xalq artisti Yasin Qarayev, əməkdar artistlər Rahib Əliyev, Naibə Allahverdiyeva, Nübar Novruzova, artistlərdən Atabala Səfərov, Ələsgər Qurbanəliyev, Bəxtiyar Kərimov, Elşən Şıxəliyev, Ceyhun Məmmədov və başqaları ifa edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR