Heydər Əliyev Sarayında əsaslı təmir başa çatıb

Heydər Əliyev Sarayında əsaslı təmir başa çatıb
# 20 oktyabr 2008 12:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Heydər Əliyev Sarayında aparılan əsaslı təmir işləri başa çatıb. APA-nın məlumatına görə, müasir standartlara uyğun hazırlanan sarayın ətrafındakı yol örtüyü də yenilənir.

Xatırladaq ki, Azərbaycanın ən böyük mədəniyyət ocağı ötən ilin aprelindən təmirə dayanıb. Əsaslı təmir zamanı binanın girişində yeni işıq avadanlıqları, ekskalator, lift sistemi, müxtəlif ölçülü ekranlar, zalda isə işıqlar, lazer sistemi, texniki avadanlıq və yeni oturacaqlar quraşdırlıb. 35 ildən sonra əsaslı təmirdən çıxan Heydər Əliyev Sarayında artıq ilk konsert proqramının vaxtı da müəyyənləşdirilib. Belə ki, noyabrın 5-6-da sarayda Zeynəb Xanlarovanın konserti təşkil olunacaq. Kassalar oktyabrın 22-də fəaliyyətə başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR