Azərbaycan Bəstəkarlar İttifaqının sədri Hollandiyada konsert proqramı ilə çıxış edib

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Hollandiyada konsert proqramı ilə çıxış edib
# 21 oktyabr 2008 10:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Hollandiyada konsert proqramı ilə çıxış edib. Bu barədə APA-ya ittifaqın katibi, bəstəkar Ramiz Zöhrabov məlumat verib. O bildirib ki, iki günlük konsertdə F. Əlizadə Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri ilə yanaşı, dünya klassik bəstəkarlarının əsərlərini də ifa edib. F. Əlizadənin hazırda Almaniyada olduğunu söyləyən R. Zöhrabov ittifaq rəhbərinin həmin ölkədə bir sıra işlərinin olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Hollandiyada iki günlük konsert verdikdən sonra birbaşa Almaniyaya gedən F. Əlizadə oktyabrın 28-də vətənə qayıdacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR