Azərbaycan keçiriləcək Belarus Mədəniyyət Günlərində iştirak edəcək Belarus nümayəndə heyəti Bakıya gəlib

Azərbaycan keçiriləcək Belarus Mədəniyyət Günlərində iştirak edəcək Belarus nümayəndə heyəti Bakıya gəlib
# 22 oktyabr 2008 08:42 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan keçiriləcək Belarus Mədəniyyət Günlərində iştirak edəcək bu ölkənin nümayəndə heyəti Bakıya gəlib. APA-nın məlumatına görə, nümayəndə heyətində 80-ə yaxın mədəniyyət və incəsənət xadimi, o cümlədən Belarus Dövlət Rəqs Ansamblı, müğənnilər İrina Dorofeyeva və Günəş Abbasovanın kollektivi, rəssam Qavriil Vaşşenko, “Euorivision-2008” uşaq müsabiqəsinin qalibi Kseniya Sitnik və digərləri yer alıb. İki gün davam edəcək Mədəniyyət Günləri çərçivəsində Bakı və Sumqayıtda konsert proqramları, Belarus Kinosu Günü keçiriləcək və Q. Vaşşenkonun əsərlərindən ibarət sərgi açılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR