Arif Məlikovun 70 illik yubileyi qeyd olunacaq

Arif Məlikovun 70 illik yubileyi qeyd olunacaq
# 22 oktyabr 2008 11:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti, bəstəkar Arif Məlikovun 70 illik yubileyi keçiriləcək. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, yubileylə əlaqədar Sankt-Peterburqun Mariinsk Dövlət Opera və Balet Teatrının yaradıcı kollektivi Azərbaycana gələcək. Teatr kollektivinin ifasında noyabrın 22-də Heydər Əliyev Sarayında Airf Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR