Milli Kitabxanada yenidənqurma işləri başlanacaq

Milli Kitabxanada yenidənqurma işləri başlanacaq
# 22 oktyabr 2008 11:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. M. F. Axundov adına Milli Kitabxanada yenidənqurma işlərinə başlanacaq. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, yenidənqurma işləri zamanı Belarusun və digər ölkələrin təcrübələrindən istifadə olunacaq: “Hamıya məlumdur ki, Minskdə dünyanın ən gözəl kitabxanalarından biri yerləşir. Milli Kitabxananın yenidən qurulması işinə belaruslu mütəxəssisləri də cəlb edəcəyik”. Nazir gələn ilin ilk ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yenidən qurulmasına başlanacağını da deyib. Bu teatrın da rekonsturksiyasında Belarusun təcrübəsindən istifadə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR