“Qızıl əsrin qızıl nəşrləri” III beynəlxalq kitab satış-sərgisində Azərbaycanda nəşr olunmuş kitablar nümayiş etdirilib

“Qızıl əsrin qızıl nəşrləri” III beynəlxalq kitab satış-sərgisində Azərbaycanda nəşr olunmuş  kitablar nümayiş etdirilib
# 22 oktyabr 2008 11:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkmənistanın Müstəqilliyi günü münasibəti ilə Aşqabadda keçirilən “Qızıl əsrin qızıl nəşrləri” III beynəlxalq kitab satış-sərgisində Azərbaycanda nəşr olunmuş kitablar nümayiş etdirilib. Bu barədə APA-ya məlumat verən Bakı Kitab Klubunun rəhbəri Elxan Rzayev bildirib ki, sərgi “Sərgi Köşgi” deyilən sarayda keçirilib: “Sərgidə 22 ölkədən 108 nümayəndə heyəti iştirak edirdi. Bu il sərgidə Rusiya kitabı ili elan edildiyindən ən böyük nümayəndə heyəti də onlara məxsus idi. Bu nümayəndə heyətinin tərkibində Tatarıstan Milli kitabxanası ayrıca bölmə ilə təmsil olunmuşdu. Sərgidə ABŞ, İngiltərə, Almaniya, İtaliya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ermənistan, Tacikistan və s. ölkələrin nümayəndələri iştirak edirdi”. Klub rəhbəri beynəlxalq sərgidə Azərbaycan nümayəndə heyətinin 250 addan çox kitab nümayiş etdirdiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR