Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndələri Azərbaycanın müraciətlərini araşdırmaq üçün ölkəmizə səfər edəcəklər

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndələri Azərbaycanın müraciətlərini araşdırmaq üçün ölkəmizə səfər edəcəklər
# 24 oktyabr 2008 11:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndələri bu ilin sonuna kimi Azərbaycana səfər edəcəklər. Müəllif Hüquqları Agentliyinin sədri Abutalıb Səmədovun APA-ya verdiyi məlumata görə, səfər zamanı Azərbaycanın bu təşkilata etdiyi müraciətlərdə göstərilən faktlar araşdırılacaq. A. Səmədovun sözlərinə görə, Azərbaycanın folklor nümunələrinin ermənilər tərəfindən mənimsənilməsinə dair bir neçə dəfə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət edilib: “Amma bu məsələlərdə hələ də biz onların real bir köməyinə nail ola bilməmişik. Çünki folklorla bağlı elə bir mexanizm yoxdur ki, bu nümunənin konkret xalqa məxsus olduğu dəqiq sərhədlərlə göstərilsin. Burada müəyyən çətinliklər var və bütün dünya dövlətlərində qonşu ölkələr arasında həmişə belə problem olub”. A. Səmədov bildirib ki, sözügedən təşkilatın mütəxəssisləri ilə görüşlərdə bu problemin həlli yolları axtarılacaq: “Heç bir mexanizm olmadığına görə də biz konkret addım ata bilmirik”. A. Səmədov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndələrinin Azərbaycana səfəri zamanı əsasən “Sarı gəlin” xalq mahnısı və müxtəlif oyun havalarının ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı araşdırmanın aparılacağını qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR