1965-ci ildə çəkilmiş film Rusiyada bərpa olunaraq Azərbaycana gətirilib

1965-ci ildə çəkilmiş film Rusiyada bərpa olunaraq Azərbaycana gətirilib
# 24 oktyabr 2008 15:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 1965-ci ildə rejissor Hüseyn Sasanpurun çəkdiyi “Su ərizəsi” filmi Dövlət Film Fondunun təşəbbüsü ilə Rusiyada bərpa olunaraq Azərbaycana gətirilib. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya bildirib ki, film məşhur Azərbaycan yazıçısı Süleyman Rəhimovun eyni adlı əsəri əsasında çəkilib. İki hissədən ibarət olan filmdə baş rolları Azərbaycanın tanınmış teatr və kino aktyorları Mövsüm Sənani və İsmayıl Osmanlı ifa ediblər. Filmin rejissoru Hüseyn Sasanpur, operatoru Zaur Məhərrəmov, rəssamı Kamil Nəcəfzadədir. Film çar Rusiyası dövründə Azərbaycanda baş verənlərdən bəhs edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR