Azərbaycan prezidenti İlham Əliyev Müslüm Maqomayevin ailəsinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Müslüm Maqomayevin ailəsinə başsağlığı verib
# 25 oktyabr 2008 17:02 (UTC +04:00)
“ Həyat yoldaşınız, zəmanəmizin görkəmli musiqi xadimi Müslüm Maqomayevin vaxtsız vəfatı barədə faciəli xəbəri ürək ağrısı ilə qarşıladım. Bu ağır itki ilə əlaqədar bütün Azərbaycan xalqı ilə birlikdə mən də kədər içindəyəm və Sizə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız bu acı xəbəri böyük şəxsi itki, bütün azərbaycanlılar üçün, bütün musiqi aləmi üçün əvəzsiz itki kimi qəbul edirik. Müslüm Maqomayev bizim üçün bütöv bir dövrün rəmzi, əsl sənətin təcəssümü, milyonlarla insanın sevimlisi idi.
Unudulmaz Heydər Əlirza oğlu Əliyevin Maqomayevə necə böyük məhəbbət və qayğı ilə yanaşmasını Azərbaycanda yaxşı xatırlayırlar. Heydər Əliyev Müslümü musiqi sənətinin canlı əfsanəsi adlandırır və onu babası Müslüm Maqomayevin Azərbaycanda təməlini qoyduğu ənənələrin layiqli davamçısı hesab edirdi.
Bu böyük müğənnini və yüksək rəğbət hissi doğuran insanı tanıyanların və sevənlərin hamısı Sizin kədərinizə şərik olur.
Allah sizə yar olsun”.

Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putin də sənətkarın ailəsinə başsağlığı verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR