Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin Bakı konfransına hazırlıqla bağlı işçi qrupun iclası keçirilir

Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin Bakı konfransına hazırlıqla bağlı işçi qrupun iclası keçirilir
# 27 oktyabr 2008 09:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Parisdə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin dekabrın 2-3-də Bakıda keçiriləcək konfransına hazırlıqla bağlı işçi qrupun növbəti iclası keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Bakı konfransının təşkili və qəbul olunacaq yekun sənədlər müzakirə olunur. Toplantıda işçi qrupun üzvləri, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi Vasif Eyvazzadə də iştirak edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR