Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 27 oktyabr 2008 12:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Noyabrın 9-dan 12-dək Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsindən məlumat verilib. Mədəniyyət Günləri çərçivəsində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramının keçirilməsi, Azərbaycan rəssamlarının sərgilərinin nümayişi nəzərdə tutulub. Üç gün müddətində Tacikistanda Azərbaycan filmlərinin nümayiş olunması da nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR